İsrafil Ağazadə

Operator İkinci operator Operator assistenti Rejissor Aktyor Ssenari müəllifi Prodüser

Doğum tarixi:

26 mart 1955


İsrafil Mikayıl oğlu Ağazadə Bakıda anadan olub.

Bakı Sovet Ticarət Texnikumunda (1971-1974), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsində (1980-1985, Aleksandr Qalperinin emalatxanası) təhsil alıb.

“Azərbaycanfilm” kinostudiyasında operator assistenti (1977-1985), operator (1985-1996), Azərbaycan televiziyasında operator (1994-1996) kimi fəaliyyət göstərib.

1996-cı ildə “Bachuan Cinema Company”nin prezidenti olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub (2012-2026).