İsmayıl Talıblı
Doğum tarixi:
21 mart 1898
Vəfat tarixi:
23 iyul 1967
İsmayıl Məmmədəli oğlu Talıblı Bakıda anadan olub.
1918-ci ildən səhnə fəaliyyətinə başlayıb. 1919-cu ildə yenicə yaranmış Hökumət Teatrosuna (hazırki Akademik Milli Dram Teatrı) qəbul edilib. Dram Teatrında, Azad Tənqid Təbliğ Teatrında (Bakı Türk İşçi və Kəndli Teatrı, 1922-1932) çalışıb. 1932-ci ildə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülüb. O da Gəncəyə gedərək ömrünün sonuna qədər bu teatrda - Gəncə Dövlət Dram Teatrında (1932-1967) çalışıb. Bir müddət bu teatrın direktoru olub (1942–1943).
Xalq artisti (1940) İsmayıl Talıblı 1967-ci ildə Gəncədə vəfat edib və oradakı qədim Səvzəkar (Sərdabəli) qəbiristanlığında dəfn olunub.