İsmayıl Məmmədov
Doğum tarixi:
29 avqust 1983
İsmayıl Yaşar oğlu Məmmədov Bakıda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Ədəbi yaradıcılıq və ekran dramaturgiyası ixtisasında (2001-2005), Bakı Beynəlxalq Kino Məktəbinin Rejissorluq ixtisasında təhsil alıb.
“Azərbaycantelefilm” Yaradıcılıq Birliyində rejissor assistenti (2002-2003), ANS televiziyasında rejissor (2005-2006), Space televiziyasında rejıssor kimi çalışıb. “İnternyus Azərbaycan” təşkilatında sosial çarxların çəkilişlərində (2003-2004), Danimarkanın Xarici Əlaqələr departamentinin Cənubi Qafqazda Sənədli Filmlərin istehsalı üzrə Bakıda təşkil etdiyi seminarlarda (2004), Beynəlxalq Audiovizual Festivalın təşkilində (2003, 2004) iştirak edib. 2003-cü ildə UNICEF və Ümidli Gələcək Gənclər Təşkilatının birgə keçirdiyi “Gənclik və Sülh” layihəsi çərçivəsində “Sınmış dibçək” adlı 1 dəqiqəlik film çəkib. Film “The One Minute Film Cup” festivalında qızıl medala layiq görülüb (2003, Xorvatiya), Bakıda keçirilən Səməd Mərdanov adına Tələbələrin I Film Festivalında “Ən yaxşı ssenari” nominasiyasının qalibi olub. Film 2003-cü ildə UNICEF tərəfindən ən yaxşı 10 filmdən biri kimi siyahıya salınıb.
Hazırda xaricdə yaşayır.