İsmayıl Hacıbəyov

Bəstəkar Bəstəsindən istifadə olunub

Doğum tarixi:

02 sentyabr 1949

Vəfat tarixi:

25 mart 2006


İsmayıl Soltan oğlu Hacıbəyov Bakıda anadan olub.

Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq təhsili alıb (1972, Qara Qarayevin sinfi).

Əsərləri arasında simfonik orkestr üçün uvertüra, simli kvartet, kamera orkestri üçün konsertino, skripka violonçel və orkestr üçün ikili konsert, fortepiano və orkestr üçün “Cəngi” rapsodiyası, fortepiano üçün “Vatto üslubunda eskizlər”, qarışıq xor və orkestr üçün “Memorial” kantatası, Andersenin nağılları əsasında süita, “Naxışlar” feeriyası, fleyta və simli orkestr üçün Konsertştük, Dante, Fridrix fon Xauzen, Puşkin, Yesenin, Səməd Vurğunun sözlərinə yazılmış vokal əsərləri var. Üç pərdəli “Firuzə” operasının müəllifidir.

1972-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Konservatoriyasında (Bakı Musiqi Akademiyası) bəstəkarlıq və polifoniya üzrə dərs deyib.

Əməkdar incəsənət xadimi (2000), “Humay” mukafatı laureatı (1994) İsmayıl Hacıbəyov 2006-cı ildə vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.

Bəstəkar İsmayıl Hacıbəyov bəstəkar Soltan Hacıbəyovun oğludur.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Sabiri düşünərkən... Bəstəsindən istifadə olunub