İslam Səfərli

Mahnı mətni müəllifi Əsərindən istifadə olunub

Doğum tarixi:

12 fevral 1923

Vəfat tarixi:

06 noyabr 1974


İslam Əhməd oğlu Səfərli Babək rayonunun Şəkərabad kəndində anadan olub.

Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsində təhsil alıb.

“Şərq qapısı”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat qəzeti” və Yazıçılar İttifaqında çalışıb.

Müharibə mövzusu poemalarında öz əksini tapıb. “Göz həkimi”, “Ana ürəyi”, “Yol ayrıcı”, “Xeyir və Şər”, “Dədəgünəş əfsanəsi” kimi pyesləri tamaşaya qoyulub. Oçerkləri, novellaları, balet-librettosu və xeyli sayda məqalələri dövrünün nəbzini tutmaq baxımından çox əhəmiyyətlidir. Tərcümələr edib. “Bakı, sabahın xeyir”, “Zərif gülüşlüm”, “Bir könül sındırmışam”, “Qonaq gəl bizə”, “Bakılı qız”, “Nə vaxta qaldı”, “Ana”, “Ay qaşı, özü qara qız”, “Ağ xalatlı həkimlər”, “Gəncliyimi gəzirəm”, “Aylı gecələr” kimi sözlərinə yazılmış yüzlərlə mahnı dillər əzbəri olub. 18 kitabı işıq üzü görüb.

Əməkdar incəsənət xadimi (1973) İslam Səfərli 1974-cü ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.