İsi Məlikzadə
Doğum tarixi:
01 may 1934
Vəfat tarixi:
05 dekabr 1995
İsi Abbas oğlu Məlikzadə Ağcabədidə anadan olub.
Azərbaycan Sənaye İnstitutunun Neft-kimya fakültəsində təhsil alıb (1952-1957).
“Əzizbəyovneft” mədənlər idarəsində operator, yerüstü avadanlıq ustası (1957-1961), Azərbaycan Kommunal Təsərrüfatı Nazirliyi Başqaz idarəsində böyük mühəndis, şöbə rəisinin müavini (1961-1966), “Ulduz” jurnalı redaksiyasında publisistika şöbəsinin müdiri, məsul katib (1966-1973), Azərbaycan Dövlət Nəşriyyatında redaktor, “Azərbaycanfılm” kinostudiyasında ssenari redaksiya heyətinin üzvü (1974-1976), “Azərbaycan” jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri (1976-1980), “Ulduz” jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri (1980-1981), “Mozalan” satirik kinojurnalında böyük redaktor (1981-1983), “Azərbaycanfılm” kinostudiyasında baş redaktor (1983-1985), Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi hissə müdiri (1988-1990), “Azərbaycan” jurnalında publisistika şöbəsinin müdiri (1994-1995) işləyib.
Azərbaycan Mədəniyyət Fondunun Qarabağ fılialının sədri olub (1990-cı ildən).
“Həsrətin sonu” (1964), “Özgə anası” (1969), “Kövrək qanadlar” (1973), “Küçələrə su səpmişəm” (1977), “Yaşıl gecə” (1979), “Günəşli payız” (1982), “Dədə palıd” (1984), “Gümüşgöl əfsanəsi” (1987), “Şehli çəmənlərin işığı” (1991), “Dolaşaların novruz bayramı” (1992) kitablarının müəllifidir.
İsi Məlikzadə 1995-ci ildə vəfat edib.