İsa Nəcəfov
Doğum tarixi:
28 mart 1952
İsa Əli oğlu Nəcəfov Şərurun Oğlanqala kəndində anadan olub.
Azərbaycan Dovlət Universitetinin Hüquq fakültəsində təhsil alıb (1979).
Azərbaycan Respublikası Prokurorluq orqanlarında müstəntiq, mühüm işlər üzrə müstəntiq, prokuror köməkçisi, şöbə prokuroru, idarə prokuroru vəzifələrində çalışıb (1979-1993). Naxçıvan Muxtar Respublikasının Prokuroru (1993-1995), Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini (1995-2000) vəzifələrində işləyib. 2002-ci ildə Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.
İki kitab müəllifidir. Yaxın Şərqin və Yunanıstanın tanınmış filosofları Siseronun, Platonun, Qəzzalinin, Eynəlgüzad Həmadinin, Əl-Fərabinin, Mənsur Həllacın, Sərrac Tusinin, Əl-Kindinin, İbn-Sinanın və b. ərəb, fars, yunan və rus dilində olan əsərlərinin azərbaycan dilinə tərcümə və nəşr olunmasını təşkil edib.
“Şöhrət” ordeni ilə təltif edilib (2022). Əməkdar hüquqşünasdır (2018).