İsa Hüseynov
Doğum tarixi:
12 iyun 1928
Vəfat tarixi:
01 aprel 2014
İsa Mustafa oğlu Hüseynov (Muğanna) Ağstafanın Muğanlı kəndində anadan olub.
Azərbaycan Tibb Universitetinə daxil olsa da (1945), 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində, Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda (1952) təhsil alıb.
“Azərnəşr”də Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), “Literaturnıy Azerbaydjan” qəzetində nəsr şöbəsinin müdiri (1960-1964), “Azərbaycanfilm” kinostudiyasında baş redaktor (1964-1968), redaktor (1968-1974), Ssenari Şurasının üzvü (1974-1979), Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.
Ədəbi fəaliyyətə 1949-cu ildə “İnqilab və Mədəniyyət” qəzetində dərc olunan “Anadil oxuyan yerdə” oçerki ilə başlayıb. 2012-ci ildə AYB-nin təsis etdiyi “Nəsimi” mükafatının ilk laureatıdır. “İstiqlal” (1998) ordeni ilə təltif olunub.
Əməkdar incəsənət xadimi (1976), Xalq yazıçısı (1988) İsa Hüseynov 2014-cü ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.