İnarə Quliyeva
Aktrisa
Doğum tarixi:
04 yanvar 1950
İnarə Aleksandrovna Quliyeva Moskvada anadan olub. Babası azərbaycanlıdır.
Rusiya Teatr Sənəti Akademiyasının Musiqili teatr rejissorluğu ixtisasında təhsil alıb (GİTİS, 1972-1978).
1972-ci ildən Moskva Operetta Teatrının solistidir. Rusiya televiziyasında musiqili verilişlərin müəllifi, “Sizi operetta dəvət edir” və “Yüngül janrınız mübarək” telelayihələrinin müəllifi, bir neçə musiqili tamaşanın quruluşçu rejissoru olub. Ölkənin müxtəlif teatrlarında rejissorluqla məşğuldur, həmçinin teatr məktəbində dərs deyir.
Rusiyanın Əməkdar artistidir (1994). “Vətən qarşısında xidmətlərinə görə” ordeninin II dərəcəli medalı ilə təltif edilib (2003).
Filmoqrafiya
Poster
Filmin adı
İstehsal ili
Növü
Filmdə statusu