İman Məcidov

Rejissor Layihə rəhbəri Ssenari müəllifi Aktyor İkinci rejissor PR meneceri Məsləhətçi

Doğum tarixi:

23 fevral 1973


İman Əmirhüseyn oğlu Məcidov Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb (1989-1994).

Azərbaycan Dövlət Teleradio Şirkətində rejissor assistenti, rejissor, baş rejissor (1992-2006), Space TV-də Mədəniyyət departamentinin rəhbəri (2006-2021) və bədii rəhbər (2021-2023) kimi fəaliyyət göstərib. 2023-cü ildən Baku TV-nin Müəliif verilişləri və Yaradıcılıq departamentinin rəhbəri vəzifəsində çalışır.

Mədəniyyət və Turizm Nazirliyi ilə SPACE TV–nin birgə layihəsi olan “Mədəniyyət saatı” verilişinin layihə rəhbəri və rejissoru olub.

Mədəniyyət Nazirliyi tərəfindən keçirilən “ilin ən yaxşı televiziya rejissoru” (2005), Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən “mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi” müsabiqələrinin (2007) qalibi olub. “Ən yaxşı tənqid və təbliğ işinə görə” “Qızıl cıraq” mükafatına (2006), Cəfər Cabbarlı Mükafatına (2024) layiq görülüb. Müxtəlif filmlərin və verilişlərin rejissoru, layihə rəhbəridir.

Rejissor İman Məcidov rejissor Əmirhüseyn Məcidovun oğludur.