İmamverdi Bağırov
Doğum tarixi:
23 dekabr 1913
Vəfat tarixi:
06 may 1985
İmamverdi Salman oğlu Bağırov Bakıda anadan olub.
Yeddillik məktəbdə təhsil alıb.
Müxtəlif dram dərnəklərində, İşçi Uşaq Teatrında (indiki Gənc Tamaşaçılar Teatrında, 1929-1930), İrəvan Dövlət Azərbaycan Teatrında (1930-1932), Milli Dram Teatrında (1934, 1942-1954) aktyorluq edib. Qazax (1938) və Quba (1939) Kolxoz və Sovxoz Teatrında aktyor və rejissor kimi çalışıb. Musiqili Komediya Teatrında rollar oynayıb (1954-1956). 1956-cı ildə teatr dövlət müəssisəsi kimi yenidən fəaliyyətə başlayanda onun truppasının aparıcı aktyorlarından biri olub. 1956-cı ildən fasiləsiz olaraq 19 il Musiqili Komediya Teatrında yaradıcılıq yolu keçib.
Əməkdar artist (1964) İmamverdi Bağırov 1985-ci ildə vəfat edib.