İlyas Mirzəyev

Bəstəkar Musiqi ifaçısı Aranjman

Doğum tarixi:

11 may 1961


İlyas Musa oğlu Mirzəyev Bakıda anadan olub.

Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsində (Cövdət Hacıyevin kursu) təhsil alıb.

Əsərləri arasında caz orkestri üçün 2 pyes: “Blue, red, green”, “The flight in the dreams and reality” (1990); fleyta və piano üçün sonata (1991); 4 trombon üçün “İ.Baxın ad gününə kiçik hədiyyə” (1992); simfonik orkestr üçün musiqi (1994); Ney və simfonik orkestr üçün “Mistik simfoniya” (1999); skripka və piano üçün sonata “2000-ci il” (2000); skripka və orkestr üçün konsert-poema (2000), caz ansamblı üçün kompozisiyalar (1990–2001) var.

Hazırda Türkiyə və Almaniyada yaşayır.

Bəstəkar İlyas Mirzəyev bəstəkar Musa Mirzəyevin oğludur.


Filmoqrafiya