İlqar Cahangir

Aktyor

Doğum tarixi:

30 noyabr 1967


İlqar Cümşüd oğlu Cahangir (İlqar Cahangirov) Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyoru fakültəsində təhsil alıb (1989-1994).

Bakı Kamera Teatrında (1991-2009), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (2009), “Oda” Teatrında çalışıb.

Xarici film istehsalçılarının “Arzular” (2005, rejissor Rəhbər Qənbəri / İran) filmində, “Qarabağda gəzinti” (2005, rejissor: Levan Tutberidze / Gürcüstan) filmində Füzuli rolunda, “Rus tərcüməsi” (2006, rejissor Aleksandr Çernyayev / Rusiya) serialında, “Raami” (2007, rejissor Babək Şirinsifər / İran) filmində, “Konflikt zonası” (2009, rejissor Vano Burduli / Gürcüstan) filmində azərbaycanlı zabit rolunda çəkilib.

“Ezop” tamaşasındakı roluna görə “Qızıl Dərviş” mükafatına (2006), Antik Tamaşalar Festifalında “Şah Edip” tamaşasında Edip roluna görə “Ən yaxşı kişi rolu” mükafatına (2007, Krım) layiq görülüb.

Əməkdar artistdir (2002).


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Xəyanət Rollarda
  • Film Dar küçələr Rollarda
  • Film Qurd yağı Rollarda