İlkin Misgərli

Aktyor Ssenari müəllifi

Doğum tarixi:

06 yanvar 1983


İlkin Misgərli Salyan rayonunda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram kino aktyorluğu fakültəsində təhsil alıb (2000-2004, Vaqif İbrahimoğlunun kursu).

Orta məktəbdə KVN yarışlarında aktyorluq məharəti ilə seçilib. Məktəb illərində Salyan Dövlət Kukla Teatrında işləyib. İkinci kursdan etibarən Yuğ Teatrında çalışıb. 2002-ci ildə Teatr Xadimləri İttifaqında keçirilən Monotamaşalar Festivalının “Debüt” bölümündə “Ən yaxşı kişi rolu”, “Ən yaxşı tamaşa” nominasiyasında qalib olub.