İlhamə Quliyeva
Musiqi ifaçısı
Aktrisa
Direktor
Doğum tarixi:
17 avqust 1943
Vəfat tarixi:
25 fevral 2016
İlhamə Məzahir qızı Quliyeva Lənkəranda anadan olub.
Azərbaycan Dövlət Universitetində təhsil alıb (1964).
Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin (1965-1970), Azərbaycan Dövlət Filarmoniyasının (1970-1980), Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (“Azkonsert”) (1980) solisti olub.
Əməkdar artist (1982), Azərbaycanın (1998) və Dağıstanın (2008) Xalq artisti, “Şöhrət” (2002) və “Şərəf” (2013) ordenləri laureatı İlhamə Quliyeva 2016-cı ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.
Müğənni İlhamə Quliyeva müğənni Tükəzban İsmayılovanın qızıdır.