İlham Tumas
Doğum tarixi:
19 oktyabr 1972
İlham Tumas (İlham Ağayev Əli oğlu) Sumqayıtda anadan olub.
Bakı Dövlət Universitetinin fizika (1990-1992) və sosial elmlər və psixologiya fakültəsində (1993-1996) təhsil alıb.
Könüllü olaraq Qarabağ döyüşlərində iştirak edib, “Qurtuluş” taborunda Tərtər ətrafında gedən döyüşlərdə iştirak edib (1992-1993). Tağım komandiri, kadrlar və nizami bölmə rəisinin müavini kimi hərbi xidmət keçib (1996-2000), ehtiyatda olan baş leytenantdır.
Fasilələrlə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, Azərbaycan Milli Məclisinin Aparatında işləyib.
Mətbuatda ilk yazısı 1992-ci ildə “Azərbaycan” qəzetində dərc olunub. Müxtəlif mətbu orqanlarda çalışıb, "24 Saat" qəzetinin baş redaktoru olub (2008). Kitabları çap olunub.
ANS TV, AzTV, ATV və APA TV-də çalışıb. APA TV-də “İlham Tumasla 40 dəqiqə” verilişinin aparıcısı olub. 2019-cu ildən etibarən İctimai televiziyanın əməkdaşı, “İstintaq davam edir” televiziya layihəsinin müəllifi və aparıcısıdır. 2025-ci ildən RTV internet telekanalının baş redaktorudur.
“Tərəqqi” medalı ilə təltif olunub (2025).
Junnalist İlham Tumas prodüser İslam Ağanın qardaşıdır.