İlham Xanbudaqov
Aktyor
Doğum tarixi:
11 dekabr 1951
İlham Hüseyn oğlu Xanbudaqov Bakıda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstititunda və Lunaçarski adına Moskva Dövlət Teatr İnstitutunda (1981, GİTİS) təhsil alıb.
AzKonsertdə, MosKonsertdə, Moskva Dövlət Sirk və Estrada Məktəbində müəllim, Moskvada “Yarasa” kabare-teatrında aktyor, Moskva Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi çalışıb. 2008-ci ildən “Vedoqon-Teatr”ın aktyorudur.
Moskavada yaşayır. Rusiya istehsalı olan filmlərdə çəkilib.