Hüseyn Cavid İsmayılov

Rəssam İkinci rəssam Multiplikasiya rəssamı Fazaçı rəssam Rəssam assistenti Fon rəssamı Rejissor assistenti Dekor rəssamı Yaradıcı heyətin üzvü Rəng tərtibatçısı

Doğum tarixi:

11 sentyabr 1951

Vəfat tarixi:

16 iyul 2021


Hüseyn Cavid Salam oğlu İsmayılov (Hüseyncavid İsmayılov / Cavid İsmayılov) Bakıda anadan olub.

Atası repressiyada şair Hüseyn Cavidlə birgə həbsdə olub. Şairin xatirəsini əziz tutduğu üçün oğlunun adını Hüseyn Cavid qoyub.

“Azərbaycanfilm” və “Azanfilm” studiyalarında çalışıb.

Əməkdar mədəniyyət işçisi (2008) Hüseyn Cavid İsmayılov 2021-ci ildə vəfat edib.