Hüseyn Cavid

Əsərindən istifadə olunub

Doğum tarixi:

24 oktyabr 1882

Vəfat tarixi:

05 dekabr 1942


Hüseyn Cavid (Hüseyn Rasizadə Abdulla oğlu) Naxçıvanın indiki Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub.

İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini “Məktəbi-tərbiyə” məktəbində alıb (1894-1898). 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olub, Təbrizin “Talibiyyə” mədrəsəsində təhsilini davam etdirib. İstanbul Universitetinin Ədəbiyyat şöbəsindən məzun olub (1906-1909).

Naxçıvan, Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik edib.

“Keçmiş günlər” adlı ilk şeir kitabı 1913-cü ildə çap olunub. Lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifdir. Daha çox dramaturq kimi tanınıb. Fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaradıb.

1926-cı ildə müalicə üçün Almaniyaya gedib və 7 ay Berlində yaşayıb.

1937-ci ildə Sibirə sürgün olunub.

1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində dünyasını dəyişib.

1956-cı ildə Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə bəraət verilib.

Heydər Əliyevin göstərişi ilə nəşi 1982-ci il oktyabrın 26-da Naxçıvana gətirilib, evinin qarşısında dəfn olunub.

Dramaturq Hüseyn Cavid bəstəkar Ərtoğrul Cavidin və teatrşünas Turan Cavidin atasıdır.