Hikmət Ziya

Ssenari müəllifi Mahnı mətni müəllifi

Doğum tarixi:

13 may 1929

Vəfat tarixi:

02 avqust 1995


Hikmət Ziya (Hikmət Əfəndiyev Ziya oğlu) Şəkidə anadan olub.

Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsində təhsil alıb (1947-1952).

“Azərbaycan pioneri” qəzeti redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1952-1969), “Göyərçin” jurnalı redaksiyasında poeziya şöbəsinin müdiri (1969-1984), məsul katib vəzifələrində çalışıb (1984). “Mozalan” satirik kino-jurnalı bədii şurasının, Ümumittifaq uşaq və gənclər ədəbiyyatı şurasının, “Azərbaycan pioneri” və “Literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin üzvü olub.

Ədəbi yaradıcılığa 1952-ci ildə “Azərbaycan pioneri” qəzetində çap edilən “Qeqola” adlı ilk şeiri ilə başlayıb. İlk satirik şeirləri və kitabları Hikmət Əfəndiyev imzası ilə çap olunub. “Sınaq”, “Ekiz qardaşlar” pyesləri tamaşaya qoyulub. Librettolarına və şeirlərinə musiqi bəstələnib.

Qabaqcıl maarif xadimi (1978), Əməkdar incəsənət xadimi (1986) Hikmət Ziya 1995-ci ildə vəfat edib.