Heybət Hörmət

Aktyor

Doğum tarixi:

20 dekabr 1946

Vəfat tarixi:

04 yanvar 2017


Heybət Hörmət (Heybət Hörmətzadə Qüdrət oğlu) Şamaxı şəhərində anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.

20 il Mingəçevir Dövlət Dram Teatrında aktyor işləyib. Mingəçevirdə "İşıqçılar" Gənclik Teatrı yaradıb və ona rəhbərlik etməklə tamaşalara quruluş verib. 1974-cü ildə Ağdam Dövlət Dram Teatrına dəvət alıb. Elə həmin ildə "Ən yaxşı gənc aktyor" mükafatına layiq görülüb. Sonra Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb (1989-1995).

Poeziyaya uşaq yaşlarından başlayıb. İlk şeiri 1956-cı ildə Şamaxıda çıxan "Yeni Şirvan" qəzetində çap olunub. Şamaxıda fəaliyyət göstərən "Gənc Sabirçilər" ədəbi məclisinin üzvü, Şamaxı Gənclik Teatrının aktyoru (1968-1971) olub. Mingəçevir şəhər "Kür" Ədəbi Birliyinin üzvü kimi poeziya yaradıcılığını davam etdirib (1971-1989). Teatrla yanaşı bir sıra qəzetlərdə müxbir, şöbə müdiri, baş redaktorun birinci müavini işləyib. “Ümid press” və “Şapalaq” qəzetlərinin təsisçisi və baş redaktoru olub. AYB-nin Şamaxı bölməsinin orqanı olan "Beytüs-Səfa" ədəbi məclisinin üzvü olub.

Jurnalist kimi Qarabağda döyüş bölgələrindən vaxtaşırı reportajlar hazırlayıb.

"Qızıl Qələm" Media mükafatı laureatı Heybət Hörmətzadə 2017-cı ildə Şamaxıda vəfat edib.