Həsən Əbluc
Doğum tarixi:
22 aprel 1942
Vəfat tarixi:
13 mart 1994
Həsən Abbasqulu oğlu Əbluc Təbrizdə anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb.
Əvvəlcə Politexnik İnstituta qəbul olunub. Birinci kursdan sonra sənədlərini aktyorluğa verib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyоrluq və Rejissоrluq fakültəsində təhsil alıb.
Azərbaycan Dövlət Dram Teatrında Sebastyanın “Adsız ulduz” tamaşasına quruluş verib. Sоnralar Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirib. Müxtəlif dövrlərdə bir neçə teatr və televiziya tamaşasının quruluşçu rejissoru olub.
Kinostudiyada film dublyajlarında iştirak edib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığından dərs deyib.
Bədii qiraət ustası kimi klassik və çağdaş şairlərin poeziya nümunələrini minlərlə tamaşaçıya və dinləyiciyə çatdırıb.
Əməkdar artist (1979) Həsən Əbluc 1994-cü ildə vəfat edib.
Aktyor, rejissor Həsən Əbluc rejissor Ənvər Əblucun qardaşıdır.
Aktyor, rejissor Həsən Əbluc rejissor Elnaz Əblucun atasıdır.