Hənəfi Terequlov

Aktyor

Doğum tarixi:

19 noyabr 1877

Vəfat tarixi:

18 dekabr 1942


Hənəfi Həsən oğlu Terequlov (Məmmədhənifə Tanrıqulov / Hənifə Terequlov) Tiflisdə anadan olub.

Qori Müəllimlər Seminariyasında təhsil alıb.

1900-cu ildən etibarən Bakı şəhər məktəblərində müəllimlik fəaliyyətinə başlayıb. Azərbaycan Foto-Kino İdarəsinin təşkilatçılarından biri olub. Daha sonra bu idarəyə rəhbərlik edib (1923-1924). 1924-cü ildə kinodan ayrılandan sonra Baş Mətbuat İdarəsinin rəisi, AK(b)P MK-da şöbə müdirinin müavini işləyib. Azərbaycanda opera xorunun təşkilatçılarından və ilk opera tamaşalarının əsas ifaçılarından olub.

Bariton müğənni və ictimai xadim Hənifə Terequlov 1942-ci ildə vəfat edib.