Həmidə Ömərova

Aktrisa Filmi səsləndirən Yaradıcı heyətin üzvü

Doğum tarixi:

25 aprel 1957


Həmidə Məmməd qızı Ömərova Bakıda anadan olub.

Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Aktyorluq fakültəsində təhsil alıb (1975-1979, Y.Metveyevin kursu).

“Azərbaycanfilm” kinostudiyasında (1979-1993), Azərbaycan Kinematoqrafçılar İttifaqında (1992-1993) çalışıb. Azərbaycan televiziyasının “Retro” televiziya proqramında dünya kino tarixindən silsilə verilişlər hazırlayıb (1986-cı ildən), "Kinoştrix" verilişinin ssenari müəllifi (2002), ANS televiziyasında “Seans” verilişinin aparıcısı olub.

500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak edib.

Xarici film istehsalçılarının “Diş həkimi” (Rusiya), “Qafqaz yuxuları” (Rusiya) filmlərində, “Onun xoşuna gəlirəm” (1986, rejissor Ənvər Turayev / Tacikistan) filmində Telli rolunda, “Cərrahiyyə əməliyyatı” (1988), “Qara qış” (1992 / İran) filmlərində, “Qorxulu oyunlar” (1992 / Özbəkistan) serialında, “Divlər zindanı” (1993, rejissor Həsən Məmmədzadə / İran) filmində Nuriyə rolunda, Dronqo” (2002, rejissor Zinoviy Royzman / Rusiya) serialında Elmira rolunda, “Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) serialında çəkilib.

“Azərbaycan kinosunda feminizm”, “ABŞ kinosu: 1895-1945-ci illər”, “Amerika kino tarixi” kitablarını qələmə alıb. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kinoşünaslıq” kafedrasının professorudur.

Əməkdar artist (1988), Xalq artistidir (2005).

Azərbaycan Kinoaktyorlar Gildiyasının sədridir.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Evdə qalmış Rollarda
  • Film Evdə qalmış 2 Rollarda