Hatəm Əsgərov

Rejissor İkinci rejissor Məsləhətçi

Doğum tarixi:

17 may 1957


Hatəm Məmmədəli oğlu Əsgərov Bakıda anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb (1974-1979).

Təyinatla Ağdam Dövlət Dram Teatrında rejissor işləyib (1979-1982). Təyinat müddəti başa çatandan sonra “Azərbaycanfilm” kinostudiyasında çalışıb. “Mozalan” satirik kinojurnalında bir neçə sənədli süjetin rejissoru olub. ”Mir” DTRŞ-nin Azərbaycan nümayəndəliyində sənədli filmlər çəkib. 2013-cü ildən Azərbaycan Televiziya və Radio verilişləri QSC-nin Telefilm Yaradıcılıq Birliyində rejissor kimi fəaliyyətini davam etdirir. Mətbuatda mütəmadi olaraq kino xadimləri haqqında məqalələrlə çıxış edir.