Həsən Seyidbəyli

Rejissor Ssenari müəllifi Əsərindən istifadə olunub Bədii rəhbər Aktyor

Doğum tarixi:

22 dekabr 1920

Vəfat tarixi:

25 iyun 1980


Həsən Mehdi oğlu Seyidbəyli Bakıda anadan olub.

Leninqrad Kino Mühəndisləri İnstitutunun Səs operatorluğu fakültəsində (1938-1939), Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsində (1943-1951, Sergey Eyzenşteyn və Q.Kozinsevin sinfi) və Ali ssenari kurslarında təhsil alıb.

“Azərbaycanfilm” kinostudiyasında rejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin I katibi (1963-1975) və sədri (1975-1980) vəzifələrində işləyib. Pyesləri səhnəyə qoyulub. Povestlərin, romanların, hekayələrin müəllifidir. Azərbaycan SSR Ali Sovetinin (9-10 cu çağırış) deputatı olub.

Əməkdar incəsənət xadimi (1960), Xalq artisti (1976) Həsən Seyidbəyli 1980-ci ildə vəfat edib.