Həqiqət Rzayeva

Aktrisa Musiqi ifaçısı

Doğum tarixi:

20 may 1907

Vəfat tarixi:

02 avqust 1969


Həqiqət Əli qızı Rzayeva Lənkəranın Darquba kəndində anadan olub.

Lənkəranda Məryəm Bayraməlibəyovanın qadın məktəbində, 1923-cü ildən isə Bakıda Pedaqoji Texnikumda təhsil alarkən musiqili tamaşalarda çıxış edib. “Damğa” Teatrında çalışıb. Teatrda işləyə-işləyə Azərbaycan Dövlət Konservatoriyasının muğam şöbəsində təhsil alıb (1928-1932).

Opera və Balet Teatrının solisti olub, muğam və xalq mahnılarının ifaçısı kimi tanınıb (1927-1952).

Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində dərs deyib.

Milli səhnədə çıxış edən ilk azərbaycanlı qadın müğənnilərdəndir.

Əməkdar artist (1940), Xalq artisti (1943) Həqiqət Rzayeva 1969-cu ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

Aktrisa, müğənni Həqiqət Rzayeva bəstəkar Azər Rzayevin anasıdır.