Hafiz Əkbərov
Doğum tarixi:
01 noyabr 1941
Vəfat tarixi:
22 mart 2022
Hafiz İbrahim oğlu Əkbərov Saatlı rayonunun Xanlarkənd kəndində anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb (1962-1968). Moskvada “Soyuzmultfilm” kinostudiyasında təkmilləşmə kursu keçib (1972).
Əmək fəaliyyətinə Badamdar qəsəbəsindəki Mədəniyyət Evinin bədii rəhbəri kimi başlayıb. “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti, multiplikasiya filmləri rejissoru vəzifəsində çalışıb (1968-1993). Multiplikasiya Birliyinin bədii rəhbəri olub (1979-1982). “Azərbaycanfilm” kinostudiyasının nəzdində “Azərbaycan” kooperativi yaradıb və bir neçə reklam və sənədli filmlər çəkib (1989-1991).
III Animafilm Beynəlxalq Animasiya Festivalında Azərbaycan animasiyasına verdiyi töhfəyə görə “Qızıl qayıq” mükafatına layiq görülüb (2020).
Hafiz Əkbərov 2022-ci ildə vəfat edib.