Günel Mehri

Ssenari müəllifi Filmi səsləndirən Aktrisa Redaktor

Doğum tarixi:

19 iyul 1981


Günel Mehri Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.

Lider televiziyasının Azərbaycan redaksiyasında (2002-2006), Azərbaycan televiziyasında (2006-2009), Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində (2009) və Azad Azərbaycan televiziyasında (2011-2015) çalışıb. Vaxtaşırı mətbuatda yazıları dərc olunur. Hazırda İctimai televiziyanın əməkdaşıdır.

Ssenarist Günel Mehri rejissor Emil Babayevin həyat yoldaşıdır.