Gülnar Salmanova

Aktrisa

Doğum tarixi:

24 iyul 1956

Vəfat tarixi:

24 oktyabr 2015


Gülnar Əlifağa qızı Salmanova (Gülnar Qasımova) Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya artisti fakültəsində təhsil alıb (1981).

1981-ci ildən Musiqili Komediya Teatrında işləyib.

Əməkdar artist (2001) Gülnar Salmanova 2015-ci ildə vəfat edib, Yasamal qəbiristanlığında dəfn olunub.