Gülçöhrə Abdullayeva
Aktrisa
Doğum tarixi:
11 may 1972
Gülçöhrə Heydər qızı Abdullayeva Bakıda anadan olub.
24 saylı orta ixtisas musiqi məktəbinin qarmon, kanon və fortepiano sinfində (1984-1990), Azərbaycan Dövlət İncəsənət Universitetinn Dram-kino aktyorluğu fakültəsində (1992-1996) təhsil alıb.
1992-ci ildə “Təbəssüm” teatr studiyasında, 1994-cü ildə Tənqid-Təbliğ Teatrında, daha sonra İrəvan Azərbaycan Dövlət Dram Teatrında və İlham Miniatür Teatrında çalışıb.
2007-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrın aktrisasıdır.