Qədir Rüstəmov

Musiqi ifaçısı Aktyor

Doğum tarixi:

20 noyabr 1935

Vəfat tarixi:

14 dekabr 2011


Qədir Çərkəz oğlu Rüstəmov Ağdamda anadan olub.

Əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbində Hacıbaba Hüseynovdan muğam dərsləri alıb, sonradan Ağdamda təhsilini davam etdirib.

İfasında bir sıra muğam dəstgahları – “Rast”, “Çahargah” lentə alınaraq radionun fondunda saxlanılır. İfasında “Sona bülbüllər” mahnısı xüsusilə sevilir.

“Şöhrət” ordeni laureatı (1997), Əməkdar artist (1989), Xalq artisti (1992) Qədir Rüstəmov 2011-ci ildə İstanbulda vəfat edib, Bakıda Fəxri Xiyabanda dəfn olunub.