Füzuli Sabiroğlu
Doğum tarixi:
20 noyabr 1964
Füzuli Sabiroğlu (Füzuli Elyazov Sabir oğlu) Göyçə mahalının Basarkeçər (indiki Vardenis) rayonunun Kiçik Məzrə kəndində anadan olub.
Azərbaycan Texniki Universitetində təhsil alıb (1986).
Ədəbi yaradıcılığa XX əsrin 80-ci illərində başlayıb. Respublika mətbuatında ilk çıxışı 1988-ci ildə "Gənclik" jurnalında olub. O vaxtdan müntəzəm olaraq şeir, hekayə və publisistik yazıları respublika mətbuatında dərc olunur. "Sahilsiz dəniz" jurnalının redaktoru olub (2003). Lider televiziyasının "Azərbaycan" sənədli filmlər redaksiyasında redaktor (2004-2008) və baş redaktor (2008-2019) işləyib.
Rəhbərlik etdiyi yaradıcı qrupun hazırladığı "Azərbaycan qalaları" sənədli filmlər silsiləsi "Humay" Milli Mükafatına layiq görülüb (2009).