Flora Kərimova
Doğum tarixi:
23 iyul 1941
Flora Ələkbər qızı Kərimova Bakıda anadan olub.
Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda (1964), Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə işi ixtisasında (1971) və Azərbaycan Dövlət Konservatoriyasının vokal ixtisasında (1977) təhsil alıb.
14 yaşından bədii özfəaliyyət kollektivlərində, Tibb İnstitutunun “Çinar” ansamblında, Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib. Azərbaycan Dövlət Opera və Balet Teatrında Leyli partiyasında (“Leyli və Məcnun”) çıxış edib (1966). 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir.
Azadlıq Hərakatının fəallarından olub (1989–1992).
"Şərəf" ordeni ilə təltif olunub (2021).
Əməkdar artist (1989), Xalq artistidir (1992).