Firudin Ağayev

Ssenari müəllifi Əsərindən istifadə olunub

Doğum tarixi:

22 noyabr 1933

Vəfat tarixi:

16 oktyabr 1995


Firudin Balakişi oğlu Ağayev Lənkəranda anadan olub.

Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb (1953-1958).

Əmək fəaliyyətinə Azərbaycan Televiziya və Radıo Verilişləri Komitəsində redaktor kimi başlayıb (1958), sonra radio uşaq verilişləri redaksiyasında baş redaktor (1960-1963), televiziya uşaq verilişləri redaksiyasında baş redaktorun müavini (1963-1966), bədii verilişlər redaksiyasında baş redaktorun müavini (1966-1968), uşaq və gənclər verilişləri redaksiyasında baş redaktor (1968), səhnə verilişləri redaksiyasının redaktoru (1968-1969), "İncəsənət" redaksiyasının baş redaktoru (1969-1970), "Ekran" yaradıcılıq birliyi redaksiya heyətinin üzvü (1970-1971), baş redaktoru (1971-1973), musiqili verilişlər baş redaksiyasının redaktoru (1973-1976), əyləncəli proqram redaksiyasının böyük redaktoru (1976), "Gənclik" redaksiya proqramını hazırlayan qrupun redaktoru (1976-1978), ədəbiyyat verilişləri redaksiyasında şöbə müdiri (1978-1991), kino verilişləri baş redaksiyasının böyük redaktoru (1991-1995) vəzifələrində çalışıb.

Ədəbi yaradıcılığa 1953-cü ildə universitetin "Lenin tərbiyəsi uğrunda" qəzetində çıxan oçerk və hekayələri ilə başlayıb. "Ananın məktubu" hekayəsi 1956-cı ildə "Azərbaycan gəncləri" qəzetində dərc edilib. Bundan sonra oçerk, hekayə, roman, pyes və ssenari sahəsində fəaliyyət göstərib. "Qayğı", "Səməndər quşu", "Cırtdanın sərgüzəştləri", "Xoruz" pyesləri səhnəyə qoyulub.

Firudin Ağayev 1995-ci ildə vəfat edib.

Yazıçı Firudin Ağayev rejissor Namiq Ağayevin atasıdır.