Firəngiz Qurbanova
Doğum tarixi:
12 mart 1943
Firəngiz Ağadadaş qızı Qurbanova Bakıda anadan olub.
Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində (1961-1965), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinematoqrafiya rəssamlığı fakültəsində (1965-1971) təhsil alıb.
1971-ci ildən “Azərbaycanfilm” kinostudiyasında bədii filmlərdə rəssam, animasiya filmlərində rəssam, müəllif və rejissor kimi fəaliyyət göstərib.
“Birlik” animasiya studiyasının təsisçisi və rəhbəridir (1989-cu ildən).
II Animafilm Beynəlxalq Animasiya Festivalında Azərbaycan animasiyasına verdiyi töhfəyə görə “Qızıq qayıq” mükafatına layiq görülüb (2019). Əməkdar incəsənət xadimi (2000), Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur (2003-cü ildən).
Rəssam, rejissor Firəngiz Qurbanova aktyor Ağadadaş Qurbanovun qızıdır.
Rəssam, rejissor Firəngiz Qurbanova rəssam Fikrət Əhədovun həyat yoldaşıdır.
Rəssam, rejissor Firəngiz Qurbanova rəssam, rejissor Cavid Əhədovun anasıdır.
Rəssam, rejissor Firəngiz Qurbanova aktrisa Gülşən Qurbanovanın bacısıdır.
Filmoqrafiya
-
Alma almaya bənzər
1975
tammetrajlı bədii film
Rəssam
-
Alman klinikasına şəxsi səfər
1988
tammetrajlı bədii film
Rollarda
-
Ad günü (II)
1992
animasiya filmi
Rejissor, Ssenari müəllifi, Rəssam