Firəngiz Əlizadə

Bəstəkar Bəstəsindən istifadə olunub Ssenari müəllifi Məsləhətçi

Doğum tarixi:

28 may 1947


Firəngiz Əliağa qızı Əlizadə Bakıda anadan olub.

Bülbül adına musiq məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında (1972, Qara Qarayevin bəstəkarlıq sinfi / 1970, Urfan Xəlilovun fortepiano sinfi) təhsil alıb.

Qara Qarayevin assistenti kimi çalışıb (1972-1974). 1974-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb. 1994-cü ildə sənətşünaslıq namizədi elmi dərəcəsinə, 1998-ci ildə professor elmi adına layiq görülüb. 1992-ci ildə Türkiyə dövləti tərəfindən “Boş beşik” baletinin yaradılması sifariş olunub. Əsər Mersin Opera və Balet Teatrının açılışı münasibəti ilə səhnəyə qoyulub. 1997-ci ilə qədər Mersin Opera və Balet Teatrında və Mersin Konservatoriyasında professor vəzifəsində çalışıb. 1999-cu ildə Almaniyaya - Berlin İncəsənət Akademiyasına (“Akademie der Künste”) dəvət olunub, 2007-ci ilə kimi burada bəstəkar, pianoçu və dirijor kimi fəaliyyət göstərib. 
5 yaşında piano çalmağa başlayıb, 7 yaşında ilk mahnısını bəstələyib: “Bahar” mahnısı.
Müxtəlif ifaçılıq tərkibi üçün instrumental əsərlər, konsertlər və digər müxtəlif həcmlu musiqi əsərlərinin müəllifidirr. 4 operası, 10 baleti, 2 kitabı var.

AMEA-nın müxbir üzvü (2017), Professor (1999), Əməkdar incəsənət xadimi (1990), Xalq artistidir (2000). “Şöhrət” ordeni (2007), “Şərəf ordeni” (2017) laureatı, “Zirvə” mükafatı sahibi (2011), UNESCO-nun Sülh artistidir (2007). 1979-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə heyətinin katibi olub.

2007-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının sədridir.

Bəstəkar Firəngiz Əlizadə rejissor Cahangir Zeynallının həyat yoldaşıdır.