Fikrət Sadıq

Ssenari müəllifi Redaktor

Doğum tarixi:

30 may 1930

Vəfat tarixi:

16 noyabr 2016


Fikrət Abbas oğlu Sadıq (Fikrət Sadıqov) Şamaxı şəhərində anadan olub.

Bakıda sənət məktəbində (1946), Kürdəmirdə axşam məktəbində (1955), Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində (1956-1961) təhsil alıb.

Gəncə neft kəşfiyyatının Naftalan qəsəbəsində, Tərtərdə neft kəşfiyyatı sahəsində elektrik montyoru (1946-1952), Bakıda kinomexanik, Şamaxıda kənd müəllimi, Şamaxı rayon qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş laborant, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında elmi redaktor, şöbə müdiri, “Azərbaycanfilm” kinostudiyasında elmi-kütləvi və sənədli filmlər birliyi idarəsində baş redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktoru (1961-1975), idarə heyətinin üzvü, təftiş və qəbul komissiyalarının sədri, poeziya üzrə məsləhətçi, Şirvan filialının sədri işləyib.

Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının “Gənclik nəğmələri” almanaxında dərc etdirdiyi “Artist” və “Ana əli” şeirləri ilə başlayıb.

Əməkdar mədəniyyət işçisi (1986), Dövlət mükafatı laureatı (1990) Fikrət Sadıq 2016-cı ildə vəfat edib, Yasamal qəbiristanlığında dəfn olunub.

Şair Fikrət Sadıq yazıçı, ssenarist Orxan Fikrətoğlunun atasıdır.