Fikrət Əhədov

Rəssam Geyim rəssamı Aktyor

Doğum tarixi:

27 mart 1937

Vəfat tarixi:

02 noyabr 1994


Fikrət İbrahim oğlu Əhədov Bakıda anadan olub.

Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda (Gennadi Myasnikovun emalatxanası) təhsil alıb.

İnstitutu bitirdikdən sonra təyinatla “Özbəkfilm” kinostudiyasına göndərilib. 1970-ci illərdə “Azərbaycanfilm” kinostudiyasına gəlib və ömrünün sonuna qədər burada çalışıb.

Özbək film istehsalçılarının “Komandirin qayıtması” (1968, rejissor Dəmir Səlimov) filminin rəssamı olub.

Əməkdar rəssam Fikrət Əhədov 1994-cü ildə vəfat edib.

Rəssam Fikrət Əhədov rəssam, rejissor Firəngiz Qurbanovanın həyat yoldaşıdır.
Rəssam Fikrət Əhədov rəssam, rejissor Cavid Əhədovun atasıdır.


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu