Fərman Abdullayev

Aktyor Filmi səsləndirən Rejissor Ssenari müəllifi

Doğum tarixi:

04 noyabr 1954

Vəfat tarixi:

05 mart 2013


Fərman Abdulcabbar oğlu Abdullayev (Fərman Şəkili) Şəkidə anadan olub.

Şəki Aktyorluq Məktəbində, Gürcüstanda Mixail Tumanişvilinin aktyorluq kursunda təhsil alıb.

Şəki Dövlət Dram Teatrında (1975-1994) və Azərbaycan Dövlət Gənclər Teatrında çalışıb.

Quruluş verdiyi tamaşalar beynəlxalq festivallarda mükafatlara layiq görülüb.

"Dahi" adlı pantomim pyesin müəllifidir.

Azərbaycanda klounada sənətinin yaradıcısı olub. ABA televiziyasında yayımlanan uşaq verilişindəki Şurum-Burum obrazı ilə tanınıb.

Fərman Abdullayev 2013-cü ildə vəfat edib, Hövsan məzarlığında dəfn olunub.

Aktyor Fərman Abdullayev rejissor Elvin Abdullanın atasıdır.