Fehruz Şamıyev
Prodüser
Rejissor
Ssenari müəllifi
Doğum tarixi:
10 aprel 1978
Fehruz Bəhmən oğlu Şamıyev Cəbrayılda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb (2000, magistratura-2002).
“Kino+” qəzetində baş redaktor müavini (2004-2007), “Mədəniyyət” qəzetində Kino və Teatr sektorunun rəhbəri (2008-2010) kimi çalışıb. “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin sədri (2004-cü ildən), ÖZ film şirkətinin direktoru və Bakı Film İnstitutunun rəhbəridir (2013-cü ildən).
Azərbaycanda mütəmadi olaraq keçirilən Bakı Beynəlxalq Film Festivalının təsisçilərindən biri və rəhbəridir (2005-ci ildən).
Bir çox beynəlxalq festivallarda münsiflər heyətinin üzvü kimi iştirak edib.