Fazil Salayev
Doğum tarixi:
01 sentyabr 1931
Vəfat tarixi:
16 iyun 1978
Fazil İdris oğlu Salayev Bakıda anadan olub.
Əzim Əzimzadə adına Bakı Rəssamlıq Texnikumunda, Azərbaycan Teatr İnstitutunda təhsil alıb.
Uşaq yaşlarından yazı-pozuya həvəsi olub, 4 yaşında ilk dəfə öz adını fotosunun arxasına yazıb. Bir müddət orta məktəbdə müəllim işləyib. Eyni zamanda “Azərbaycan” nəşriyyatında tərtibatçı-rəssam kimi fəaliyyət göstərib. Akademik Milli Dram Teatrında, Musiqili Komediya Teatrında çalışıb. “Azdrama”dan küsüb getdiyi illərdə “Mozalan” satirik kinojurnalında müxtəlif tipajlar yaratmağa nail olub. Televiziyada “Komediyalar aləminə səyahət” verilişində çıxış edib. Daha çox kinoaktyor kimi məşhurlaşıb.
Fazil Salayev 1978-ci ildə vəfat edib, Yasamal qəbiristanlığında dəfn olunub.
Filmoqrafiya
-
Axırıncı aşırım
1971
tammetrajlı bədii film
Rollarda
-
Alma almaya bənzər
1975
tammetrajlı bədii film
Rollarda