Fərşid Əlizadə
Fokus puller
İkinci operator
Operator assistenti
Operator
Operator qrupunun üzvü
Doğum tarixi:
08 yanvar 1975
Fərşid Əlizadə Ərdəbildə anadan olub.
Kino Assosiasiya Akademiyasında kino və fotoqrafiya təhsili alıb (1989-1992).
Məzun olduqdan sonra foto və kino sahəsində çalışıb. Çalışdığı filmlər müxtəlif beynəlxalq festivallarda mükafatlara layiq görülüb. İranın ən yaxşı fotoqrafı mükafatına layiq görülüb (2016). 2018-ci ildə müəllifliyi ilə Ərdəbil vilayətinin foto kitabı çap olunub. 2014-cü ildə ilk fərdi foto-sərgisi keçirilib.
20 ildən artıqdır Azərbaycanda fokus puller kimi fəaliyyət göstərir. 2023-cü ildən “Qobu Film”i idarə edir.