Fəramiz Məmmədov
Operator
Operator assistenti
İkinci operator
Doğum tarixi:
10 yanvar 1942
Fəramiz Həmid oğlu Məmmədov Gəncədə anadan olub.
Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda (1967-1973), Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəbşünaslıq ixtisasında (1981-1985) təhsil alıb.
1959-cu ildən 2004-cü ildə təqaüdə çıxana qədər “Azərbaycanfilm” kinostudiyasında kinooperator assistenti, operator, rejissor-operator kimi fəaliyyət göstərib. 40-a yaxın sənədli və bədii filmin, 20-dən çox Mozalan satirik jurnalı və sair süjetlərin operataorudur.
1984-cü ildən paralel olaraq Quranın tərcüməsi ilə məşğul olub. Qurani-Kərimin elmi araşdırmaları mövzusunda üç kitabın müəllifidir.