Faiq Dərgahov

Ssenari müəllifi Redaktor

Doğum tarixi:

09 yanvar 1930

Vəfat tarixi:

15 oktyabr 1984


Faiq Feyruz oğlu Dərgahov Cəbrayılda anadan olub.

Beyləqan rayonunda orta məktəbdə tədris hissə müdiri (1953-1955), Maarif şöbəsində metodik kabinetin müdiri (1955-1957), “Abşeron” qəzeti redaksiyasında redaktor müavini (1962-1966), məsul redaktor (1966-1974) işləyib.

Ədəbi yaradıcılığa orta məktəbdə ikən başlayıb, felyetonlarını “Lenin bayrağı” adlı Beyləqan rayon qəzetində dərc etdirib. “Kömək” adlı ilk hekayəsi 1951-ci ildə “Pioner” jurnalında çapdan çıxıb.

Faiq Dərgahov 1984-cü ildə vəfat edib.