Faiq Ağayev

Musiqi ifaçısı Aktyor

Doğum tarixi:

29 dekabr 1971


Faiq Balağa oğlu Ağayev Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru ixtisasında təhsil alıb (1988-1993).

“Bakı Payızı-88”, “Qızıl Payız–89”, Beynəlxalq “Vitebsk–90”, Beynəlxalq “Yalta–92”, Klavdiya Şuljenko adına “Xarkov–95” Beynəlxalq Retro mahnılar müsabiqəsində, “Qızıl Şlyager - Mogilyov 96” Beynəlxalq müsabiqəsində qalib gəlib.

Humay Milli Mükafatının laureatı (1999), Əməkdar artist (2000), Xalq artistidir (2008).