Etibar Məmmədov
Doğum tarixi:
27 noyabr 1975
Etibar Teyyub oğlu Məmmədov Gəncədə anadan olub.
Bakı Sosial İdarəetmə və Politogiya İnstitutunun Politologiya fakültəsində (1993-1997) və Milli Təhlükəsizlik və siyasi strategiya ixtisasında (1997-1999, magistratura) təhsil alıb.
“De-fakto” qəzetində müxbir (1998-1999), ANS ÇM radiosunda “İsti-isti” ictimai-siyasi verilişinin və “Xəbərlər”in aparıcısı (1998-2002), ANS TV-də “Xəbərçi” proqramı və “Nəzər nöqtəsi” verilişinin aparıcısı və redaktoru (2000-2002), ATV-nin Xəbərlər Xidmətinin qurucularından biri və “Son xəbər” informasiya buraxılışının və “Həftə sonu” analitik-informasiya buraxılışının aparıcısı, redaktoru və baş redaktoru (2003-2008), AMEA-nın İnsan Hüquqları Elmi-Tədqiqat İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin elmi işçisi (2009), “Büllur-Studio” studiyasında rejissor (2010-2014), ASAN Radioda baş redaktor (2016-2017) vəzifələrində çalışıb. Rusiyanın birinci kanalında (2006), “НТВ” kanalında, BBC radiosunda (2007), ABŞ-ın “CNBC” telekanalında (2008) “xəbər jurnalistikası” və “ekstremal jurnalistika” mövzularında təkmilləşdirmə kursları keçib.
2008-ci ildən sənədli filmlər sahəsində də çalışır.
“Aktual TV Media Qrup”un təsisçisi və direktoru (2019), “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin təsisçisidir.
Rejissor Etibar Məmmədov prodüser, ssenarist Büllur Məmmədovanın həyat yoldaşıdır.