Etibar Həsənov

Montaj rejissoru Montajçı İkinci rejissor

Doğum tarixi:

03 noyabr 1967


Etibar Abdul oğlu Həsənov Bakıda anadan olub.

Azərbaycan Milli Konservatoriyasının nəzdində Asəf Zeynallı adına Musiqi Kollecində təhsil alıb (1984-1990).

Azərbaycan televiziyasında videomühəndis və montaj edən (1991-1998), “AVisual Production Baku Media Company”də montaj rejissoru (1998-2007), “İbrus kino şirkəti” MMC-də montaj rejissoru və rejissor (2009–2013) kimi çalışıb. 2013-cü ildən montaj rejissoru və rejissor kimi müstəqil isləyir. Bir çox musiqi kliplərinin və reklam çarxlarının rejissorudur.

Fransa istehsalı olan “Qarabağ, mən səni tərk etmirəm” (2015, rejissor Maksim Marduxayev) sənədli filminin montaj rejissorudur.

III Beynəlxalq Audiovizual Festivalda “Tanqo” əsəri ilə “Ən yaxşı klip” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb (2003).