Əsgər Məmmədov

Rəssam Rejissor

Doğum tarixi:

08 noyabr 1945


Əsgər İsgəndər oğlu Məmmədov Ağdam rayonunun Mərzili kəndində anadan olub.

Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində (1965-1969), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Multiplikasiya rejissorluğu fakültəsində (VGİK, 1971-1976) təhsil alıb.

“Azərbaycanfilm” kinostudiyasında çalışıb (1976-1990). 15-ə yaxın sənədli və animasiya filmində çalışıb.

Rəssam kimi işləri dünyanın müxtəlif ölkələrində nümayiş olunub.

Azərbaycanın və Rusiyanın Əməkdar rəssamıdır.