Ərtoğrul Cavid
Doğum tarixi:
22 oktyabr 1919
Vəfat tarixi:
14 noyabr 1943
Ərtoğrul Cavid Rasizadə Bakıda anadan olub.
Azərbaycan Pedaqoji İnstitutunda (1940), Azərbaycan Dövlət Konservatoriyasında (1941-1942, Üzeyir Hacıbəyovun sinfi) təhsil alıb.
Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışıb (1939-1942), musiqi folkloru nümunələrinin toplamasında iştirak edib.
Konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs deyib (1941-1942).
İlk böyük əsəri fortepiano üçün yazılımış "9 Variasiya"dır. Skripka ilə fortepiano üçün poema (1941), qəzəllərə və şeirlərə romans və mahnılar, "Sərhəddən məktub" simfonik balladası, marşlar yazıb. "Şeyx Sənan", "Məshəti" operaları, bir sıra kamera və instrumental əsərləri yarımçıq qalıb.
Azərbaycan xalq mahnılarını nota salıb, Avropa və rus bəstəkarlarını ayrıca notlar şəkilində çap olunmuş romans və mahnılarını Azərbaycan dilinə tərcümə edib.
Şeirləri, pyesi və rəsmləri var.
1942-ci ildə tələbə olmasına baxmayaraq, ordu sıralarına çağırılıb, "Xalq düşməni"nin oğlu olduğu üçün cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna işləməyə göndərilib.
Ərtoğrul Cavid ağır xəstəlikdən 14 noyabr 1943-cü ildə Naxçıvanda vəfat edib. Məzarı Hüseyn Cavidin Naxçıvandakı məqbərəsində atası və anasının qəbirləri ilə yanaşıdır.
Bəstəkar Ərtoğrul Cavid dramaturq Hüseyn Cavidin oğludur.
Bəstəkar Ərtoğrul Cavid teatrşünas Turan Cavidin qardaşıdır.